AZ

Yeni iPad və iPad Mini barədə daha bir İDDİA

33e4a940b1cc96406f46e26d55344ca8.jpg
29.06.2020 19:44

Texnologiya nəhəngi Apple-ın yeni iPad və iPad Mini modelləri barədə yeni iddia ortaya atılıb. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, analitik Ming-Chi Kuo təqdimat tarixi barədə açıqlama yayıb.


Ming-Chi Kuo firmanın 10,8 düymlük ekrana sahib iPad-i 2020-ci ilin sonunda, 8,5 düymlük ekrana malik iPad Mini modelini isə 2021-ci ildə satışa çıxaracağını deyib. 


Qeyd edək ki, Ming-Chi Kuo-nun təxminləri demək olar ki, həmişə doğru çıxır. 


Mini model xüsusən maraqla gözlənilir. Sonuncu dəfə 2019-cu ildə yenilənən modelin Pro-lar kimi incə çərçivəli dizayna keçəcəyi gözlənilir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox