AzerGold QSC-nin yeni saytı istifadəyə verilib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəsmi internet səhifəsi www.azergold.az yeni dizaynda istifadəyə verilib.
QSC-dən TED.az-a verilən məlumata görə, yenilənmiş sayt dizaynla yanaşı, məzmun cəhətdən də təkmilləşdirilib, müasir tələblərə uyğun tərtib edilərək bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı artırılıb və yeni məlumatlarla zənginləşdirilib.
Yeni korporativ saytda əsas diqqət istifadəçilərin rahatlığının təmin edilməsi, cəmiyyətin bütün fəaliyyət istiqamətləri haqda daha dolğun və şəffaf məlumatların çatdırılması hədəfinə yönəldilib.
Əsas səhifədə yerləşdirilmiş yeni interaktiv xəritə vasitəsilə ölkə üzrə faydalı filiz yataqları, o cümlədən, “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi ərazi və yataqlar haqda ətraflı məlumat əldə etmək mümkündür.
Eyni zamanda, təchizat və işə qəbul proseslərinin şəffaflığının təmin edilməsi məqsədilə saytın müvafiq bölmələrində cari tender və vakansiyalar üzrə müvafiq ən son məlumat və elanlarla da tanış olmaq mümkündür.
Saytın əsas səhifəsində cəmiyyətin istehsal etdiyi məhsullar – qızıl, gümüş sikkə və külçələrin onlayn sifariş platforması olan azergold.gift saytına da birbaşa keçid inteqrasiya edilib.
Yenilənmiş saytda cəmiyyətin fəaliyyətinə dair informasiya ilə jurnalistlərin daha asan və çevik təmin olunması üçün abunəlik funksiyası da əlavə edilib.
Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.
e-Azərbaycan bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











