AZ

Malaziyada müsəlmanlara bu tətbiqdən istifadə qadağan olunub

 

d02b7522718e7dcc33347a636aad53e3.jpg
04.07.2020 10:25

Malayziya müsəlmanlarına FaceApp tətbiqinin istifadəsi qadağan olunub.

 

TED.az xəbər verir ki, Malayziya müftisi FaceApp tətbiqindən istifadənin günah olduğunu deyib. 

 

"Bu tətbiq Allahın yaratdığı bəndələri dəyişdirir", — deyə o bildirib. 

 

Müftinin sözlərinı görə, FaceApp-də cinsi dəyişiklik funksiyası digər insanları çaşdıra və şəxsin nüfuzunu poza bilər. Eyni məqam yaş dəyişikliyi funksiyasına da aiddir: insanlar gələcəkdə necə görünəcəklərini bilmir və bilməməlidirlər. 

 

Qeyd edək ki, FaceApp Malayziya müsəlmanları üçün qadağan edilən ilk tətbiq deyil. 2016-cı ildə orada “Pokemon Go” oyunu da qadağan edilib. Bunun səbəbi oyunda "yırtıcıların” oyunçu tərəfindən “ovlanmağı” idi. Hökümətin fikrincə, məhz bu məqam yeniyetmələrə və uşaqlara mənfi təsir göstərə bilərdi.

Dünya bölməsindən digər xəbərlər

Daha çox