AZ

TikTok-un qara günləri: 6 milyard dollarlıq zərər 

374387c6055319b90a055f7bd2cd616e.jpg
04.07.2020 16:50

Məşhur sosial şəbəkələrdən olan TikTok haqqında ortaya atılan iddialardan sonra böyük miqdarda zərərə düşüb. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istifadəçilərin şəxsi məlumatlarının sızdırılmasında günahlandırılan tətbiq 6 milyard dollar itirib. 


Qeyd edək ki, ötən günlərdə Reddit-də sözügedən tətbiqin istifadəçi məlumatlarının Çin hökumətinə ötürdüyü yazılıb. 


Milyonlarla istifadəçi iddiadan dolayı tətbiqi boykot edərək bir daha istifadə etməyəcəklərini bildiriblər. 


Bir çox ölkənin mediasında isə TikTok təcili silinməli tətbiqlər siyahısına salınıb. 


Ən ciddi reaksiyanı isə Hindistan hökuməti göstərib. Belə ki, ölkə rəhbərliyi TikTok da daxil olmaqla 59 Çin tətbiqinə qadağa qoyub. 


Qeyd etmək yerinə düşər ki, TikTok-un sahibi olan ByteDance şirkəti Hindistana 1 milyard dollar yatırım edib. Əvəzində isə qadağa və külli miqdarda itki ilə üzləşməli olub.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox