AZ

BŞİH 40, DİN 20 texnika ayırıb - DEZİNFEKSİYA ÜÇÜN 

2f7f39994e610d29ad236d557aac9dd0.jpg
04.07.2020 18:22

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 7-ci dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

 

TED.az-ın Bakı şəhər İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, saat 18-00-a kimi davam edən tədbir zamanı şəhər mərkəzi və paytaxtın kənar rayonlarda ümumilikdə 544 küçə xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilib.

 

Bildirilib ki, görülən işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox