AZ

Qızına 4,99 sterlinq dəyərində oyun aldı, əvəzində 4642 sterlinq ödəməli oldu və... - İnanılmaz olay

870140e175481630482b4a04c2924012.jpeg
04.07.2020 20:45

11 yaşlı qızı üçün 4,99 sterlinqə Roblox adlı mobil oyun satın alan Steve Cumming adlı ata ayın sonu gələn qaiməni görəndə gözlərinə inanmayıb. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, oyundaxili pulxərcləmə butonu olan Roblox-un ataya göndərdiyi qaimədə yazılan rəqəm düz 4642 sterlinq olub.


Pandemiya zamanı onlayn bankçılığa keçən S.Cumming texnologiyadan çox da yaxşı baş çıxarmadığını deyib. Ay sonu isə məxaric qəbzlərində 4642 sterlinq əlavə məbləğ olduğunu görən şəxs banka müraciət edib. Cavabında isə məbləğin Roblox adlı şirkətə 0,99-9,99 civarında yüz dəfələrlə ödəndiyi bildirilib. 


Məsələni qızına danışan 72 yaşlı ata  onun son dərəcə kədərləndiyini, istənən pulun həqiqi deyil, oyundaxili valyuta olduğunu qeyd etdiyini deyib. 


Maraqlı burasıdır ki, Roblox vəsaiti geri ödəməyi qəbul edib. 


Şirkətdən verilən açıqlamada bildirilib ki, icazəsiz satınalamaların qarşısını almaq üçün bu kimi hallarda məbləğin geri ödənilməsi nəzərdə tutulur.

TED + bölməsindən digər xəbərlər

Daha çox