AZ

Redmi K30 Ultra barədə ilk detallar açıqlandı

2f1f0dc90c05c5f7649a7291ed49c280.jpg
04.07.2020 23:45

Xiaomi son günlərdə Redmi K40 seriyası ilə gündəmə gəlir. Ancaq şirkət Redmi K30 Ultra üzərində də çalışır. Model çox yaxında təqdim edilə bilər. Redmi K30 seriyası girdiyi bazarlarda həmişə səs gətirir. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən model haqqında ilk detallar açıqlanıb. 


Telefon K30 Pro-lar kimi pop-up kameralı dizayna malikdir. Qutusundan Android 10 əsaslı MIUI 12 ilə çıxacağı deyilən cihaz məlum olduğu qədər MediaTek-in prosessorundan (ola bilsin, MediaTek Dimensity 1000) alır. 


"Ağıllı" telefonun əsas kamera sisteminə 4 kamera daxildir. Əsas kamera 64 Mp-dir. 


144 Hz-lik LCD ekranla təchiz edildiyi vurğulanan smartfondan gözləntilər böyükdür. 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox