AZ

Gənclər karantin günlərində vaxtlarını necə dəyərləndirirlər? - SORĞU 

 

48ad7faeb17e92c02692dc7be3a53d0c.jpg
06.07.2020 15:10

Azərbaycanda tətbiq olunan xüsusi karantin və özünütəcrid rejimi dövründə gənclərin, xüsusilə də universitet tələbələrinin zamanlarını necə dəyərləndirməsi haqqında tez-tez tövsiyələrə rast gəlirik. Tövsiyələr əsasən, gələcəkdə daha çox istifadə olunacaq və ehtiyac duyulacaq rəqəmli bacarıqların inkişaf etdirilməsi ilə bağlı olur. 


TED.az Azərbaycan gəncləri arasında karantin günlərində zamanlarını necə dəyərləndirdikləri barəsində onlayn sorğu keçirib.


Nəticələri sizə təqdim edirik:


Sorğuda iştirak edən gənclərin təxminən 25%-i müxtəlif mütaliə ilə məşğul olduğunu bildiriblər. 


Onların sözlərinə görə, karantin günlərində kitab oxumaq həm stress atmağa, həm də virusun yaratdığı panikadan uzaq qalmağa kömək edir. 18% respondent onlayn proqram xidmətlərindən istifadə edərək xarici dil biliklərini inkişaf etdirdiklərini qeyd ediblər. 


Sorğu iştirakçılarının 12%-i sosial şəbəkələrdə gündəmi izlədiklərini, əsasən də YouTube vasitəsilə ev şəraitində idman etməyi öyrənirlər. 


5% iştirakçı karantin müddətində onlayn keçirilən beynəlxalq startap müsaniqələrini izlədiklərini, ictimaiyyətə açıq olan onlayn təlim və kurslara qatıldıqlarını deyiblər. 


Respondentlərin 3%-i isə onlayn şəkil və video montaj proqramlarını izlədiklərini vurğulayıblar. 


Sorğuda iştirak edən gənclərin 2%-i, ümumiyyətlə, heç bir işlə məşğul olmadıqlarını qeyd ediblər.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox