AZ

Feysbuka qarşı kütləvi boykot davam edir - Zuckerberg 7 milyard itirdi 

 

9591d459ce949c68facd1d0f12ce494d.jpg
06.07.2020 15:40

Kanadada yerləşən 5 ən böyük bank da Feysbuk sosial şəbəkəsini irqçilik, zorakılıq və yanlış məlumatların yayılması ilə ciddi mübarizə aparmamaqda ittiham edərək, sözügedən şəbəkənin beynəlxalq boykotuna qoşulub. 


TED.az xarici mediaya istinadən xəbər verir ki, aksiya ABŞ-ın polis vəhşiliyinə qarşı etirazları və irqi dözümsüzlük təzahürləri ilə birbaşa bağlıdır. 


Mütəxəssislərin fikrincə, Şimali Amerika şirkətləri tərəfindən atılan bu addım müştəri sədaqətini qorumaqla, qeyri-sabit vəziyyətdə düzgün davranış yolunu tapmaq cəhdidir. 


Scotiabank, RBC, CIBC, BMO və TD kimi məşhur banklarda bir aydır ki, şəbəkə platformasındakı reklamları donduracaqlarını söyləyiblər. 


Ölkənin ən böyük kredit ittifaqları federasiyası Desjardins Group da aksiyaya qoşularaq, Feysbuk və İnstaqramdakı reklamlarını dayandıracaq. Boykot insan haqları qurumları, o cümlədən, Anti-Defamation League və National Association for the Advancement of Colored People tərəfindən təşkil edilib. 


#StopHateForProfit adlı aksiya, böyük marka və şirkətləri, irqçiliyin, zorakılığın və yanlış məlumatların yayılması ilə mübarizə üçün yetəri qədər tədbir görmədiyi iddia edilən sosial şəbəkələrlə işlərini dayandırmağa çağırır. 


Kampaniya iştirakçıları iddia edirlər ki, Feysbuk şirkəti may ayının sonundan başlayan etiraz aksiyalarının üzvlərinə qarşı öz platformasında zorakılığa çağırışları yerləşdirməyə imkan verir. 

 

 


Buna nümunə olaraq isə mayın 25-də afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi videosunun şəbəkədə nümayişi göstərilib. Etirazçılar "sistematik irqçiliyə" və guya ABŞ-da hökm sürən "ağ üstünlük" mədəniyyətinə qarşı çıxırlar. 

 

Aksiyaçılar sosial şəbəkəni "tanınmış ağ millətçilərlə işlədiyi" iddia edilən Breitbart News və Daily Caller kimi xəbər portalları ilə əməkdaşlıq etdiyini də qeyd edirlər. Eyni zamanda, bu portalların hər ikisi Respublika Partiyasının tərəfdarlarına yönəlmiş və Prezident Trump-ı dəstəkləyən xəbər nəşrləridir. 

 

Adidas, Reebok, Puma, North Face və Levi Strauss kimi geyim istehsalçıları, Coca-Cola, Unilever və Starbucks qida şirkətləri, həmçinin İT və mobil nəhənglər Microsoft, HP və Verizon da daxil olmaqla bir sıra böyük korporasiyalar da aksiyaya qatılıb. 


ABŞ mediasına görə, iyulun əvvəlinə oan statistikaya əsasən, 500-dən çox şirkət boykota dəstək verib. Business Insider portalının məlumatında deyilir ki, Feysbukun qurucusu Mark Zuckerberg-in 23-28 iyun tarixlərində, yəni boykot həftəsində sərvəti 7 milyard dollar azalıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox