AZ

Azərbaycan dili Google Ads tərəfindən dəstəklənə bilər - KAMPANİYA

 

9bc9f513c6057fce5c735d9328acf09d.jpg
06.07.2020 16:15

"Məlum olduğu kimi, Azərbaycan dili Google Ads tərəfindən dəstəklənmir. Yerli bizneslər və rəqəmli marketinq mütəxəssisləri uzun zamandır bu problemdən əziyyət çəkir. Bunun dəyişməsi üçün Change.org üzərində müraciət başlatdım". 


Bunu TED.az-a rəqəmsal marketinq üzrə mütəxəssis Əfsun Qurbanov deyib. 


O bildirib ki, yüzlərlə, minlərlə yerli biznes və rəqəmli marketinq mütəxəssisləri öz bizneslərini və məhsullarını reklam etmək, hədəf müştəri kütlələrinə mesajlarını çatdırmaq üçün Google Ads istifadə edirlər: "Azərbaycan dili yerli rəsmi dil olmağına baxmayaraq təəssüf ki, Google Ads tərəfindən dəstəklənmədiyi üçün bizneslər Google Ads üzərində reklam yaradarkən məcburən ingilis və rus dillərindən istifadə etməli olurlar. Azərbaycanda internet istifadəçilərinin sayı hər il artmaqdadır. Son hesabatlara, əsasən, 8,05 milyon nəfər (əhalinin 80% hissəsi) internet istifadə edir. Reklam sahəsində rəqəmli kanalların və xüsusilə Google reklamlarının istifadə olunması bizneslər üçün əvəzolunmaz əhəmiyyət qazanır.

 

Azərbaycanda və dünyada yaşayan bütün Azərbaycanlılar olaraq, Google Ads komandasından Azərbaycan dilini dəstəklənən dil olaraq əlavə etməkləri üçün imza toplayırıq".


Əfsun Qurbanov vurğulayıb ki, əgər bu kampaniya uğurla yekunlaşsa yerli şirkətlər bir sıra üstünlüklər əldə edə bilər: "Bu kampaniya uğurla reallaşsa, Azərbaycandilli saytlar avtomatik olaraq pul qazanmağa başlayacaqlar. Bu isə yerli kontentə dəstək olacaq. Məsələn, yerli saytlarda Google reklamları gedəcək və bu reklamlara görə həmin saytlar gəlir əldə edəcəklər. 


İkincisi bir çox hallarda bizneslər Azərbaycan dili dəstəklənmədiyi üçün reklam kontentini və mətnlərini dəfələrlə dəyişməyə məcbur qalırlar. Bu isə öz növbəsində bizneslərin vaxt və resurs itirməyinə səbəb olur. Bu həm də Google reklamlarının daha düzgün istifadə olunmasında, yerli bazarda Google reklamlarının populyarlaşmasında biznesləri demotivasiya edir. İndi kampaniyaya dəstək verənlərin sayı 1500 nəfərə yaxınlaşıb. Google şirkətində də bəzi əlaqələr tapmışıq danışırıq. Bu petisiyanın axırında nailiyyət əldə edəcəyimizə inanırıq". 

 

Qeyd edək ki, kampaniyanı imzalamaq istəyən şəxslər bu LİNKƏ  daxil ola bilərlər.


 

Zeynəb ƏKBƏR

TED + bölməsindən digər xəbərlər

Daha çox