AZ

Daha 513 nəfərdə koronavirus aşkarlandı: 440 sağalan, 8 ölən var - AZƏRBAYCANDA

 

bb41c45570ec562dafa15ee1d45091e2.jpg
06.07.2020 17:40

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 513 yeni yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


TED.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 vətəndaş vəfat edib.


Nəzərinizə çatdıraq ki, hazırkı dövrədək ölkədə ümumilikdə 20.837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12.182 nəfər müalicə olunaraq sağalıb, 258 nəfər vəfat edib, 8397 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox