AZ

Təhlükəli tətbiqlər Google Play-dən təmizləndi - Onları smartfonlardan təcili silmək lazımdır 

 

1b68d6711839dc45bc29f041a827bc3f.jpg
07.07.2020 10:06

Fransız kibertəhlükəsizlik şirkəti Evina Google Play onlayn tətbiq mağazasında 25 zərərli Android tətbiqini aşkar edib. 

 

Evina şirkəti may və iyun aylarında aşkarladığı zərərli proqramlar barədə Google şirkətinə məlumat verib. Həmin tətbiqlər Google Play-dən silinib. Şirkət mütəxəssisləri həmin tətbiqləri istifadəçi smartfonlarından da silməyi tövsiyə edirlər. Qeyd edək ki, həmin proqramlar Google Play Protect (Google Play Müdafiə) funksiyasının köməyilə avtomatik olaraq smartfonlarda deaktiv olmalıdırlar. 

 

Bu tətbiqlərdən bəziləri bir ildən çoxdur ki Google Play-də mövcuddur. Qurğuların ümumi sayı 2 milyonu keçib.

 

TED.az sözügedən tətbiqlərin siyahısını təqdim edir: 

 

1) Super Wallpapers Flashlight (com.wallpaper.flashlight.compass) - yüklənmə sayı 500000+

 

2) Padenatef (com.sun.newjbq.beijing.ten) - yüklənmə sayı 500000+

 

3) Wallpaper Level (com.liapp.level) - yüklənmə sayı 100000+

 

4) Contour level wallpaper (com.communication.walllevel) - yüklənmə sayı 100000+

 

5) iPlayer & iWallpaper (com.ldl.videoedit.iwallpapers) - yüklənmə sayı 100000+

 

6) Video Maker (com.androidapp.videosedit.v) - yüklənmə sayı 100000+

 

7) Color Wallpapers (com.play.ljj.wallpapercomapss) - yüklənmə sayı 100000+

 

8) Pedometer (com.baidu.news.pedometer) - yüklənmə sayı 100000+

 

9) Powerful Flashlight (com.meituanybw.flash) - yüklənmə sayı 100000+

 

10) Super Bright Flashlight (com.tqyapp.sb.flashlight) -yüklənmə sayı 100000+

 

11) Super Flashlight (com.superapp.xincheng) - yüklənmə sayı 100000+

 

 

12) Solitaire Game (com.game.tqsolitaire) - yüklənmə sayı 100000+

 

13) Accurate scanning of Meade (com.tqyapp.qr) - yüklənmə sayı 50000+

 

14) Classic card game (com.card.solitairenew) - yüklənmə sayı 50000+

 

15) Junk file cleaning (com.xdapp.cleaning) - yüklənmə sayı 50000+

 

16) Synthetic Z (com.tqygame.synthetic) - yüklənmə sayı 50000+

 

17) File Manager (com.smt.filemanager) - yüklənmə sayı 50000+

 

18) Composite Z (com.game.hcz) - yüklənmə sayı 50000+

 

19) Screenshot Capture (com.tianqiyang.lww.screenedit) - yüklənmə sayı 10000+

 

20) Daily Horoscope Wallpapers (com.tianqiyang.lww.constellation) - yüklənmə sayı 10000+

 

21) Wuxia Reader (com.wuxia.reader) - yüklənmə sayı 10000+

 

22) Plus Weather (com.plus.android.weather) - yüklənmə sayı 10000+

 

23) Anime Live Wallpaper (com.tqyapp.chuangtai) - yüklənmə sayı 100

 

24) iHealth Step Counter (com.tiantian.lang.tencent)

 

com.tgyapp.fiction (com.tgyapp.fiction)

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox