EKSPERT: Azərbaycanda olan bütün saytlarda böyük və kiçik səviyyəli təhlükəsizlik problemləri mövcuddur
Dövlət və özəl şirkətlər, hətta fərdi şəxslər də fəaliyyət sahələrini internet üzərindən tanıtmaq üçün saytdan istifadə edirlər. Hər qurum, hər şirkət öz saytını yaradır. Günümzdə saytlar real müəssisələrin virtual vizitkartına çevrilib.
Bu baxımdan da veb-sistemlərdə informasiya təhlükəsizliyinin təmin olunması olduqca aktual məsələdir. TED.az məsələnin aktuallığını nəzərə alaraq, Azərbaycanda veb-saytların mövcud təhlükəsizlik boşluqları haqqında İT mütəxəssi Fərid Zeynalovun fikirlərini öyrəndi.
Ekspert bildirdi ki, ölkəmizdə fəaliyyət göstərən istər dövlət qurumuna, istərsə də şirkətlərə məxsus olan saytlarda böyük və kiçik səviyyəli təhlükəsizlik problemləri mövcuddur: "Ötən illərlə müqayisədə hazır sistemlərin əmələ gəlməsi hesabına nisbətən bu problemlərin azalması müşahidə olunur. Bu tip problemlər əsasən saytın kodlaşmasından və saytın yerləşdiyi serverin əməliyyat sistemindən qaynaqlanır. Hər iki halda problemlərin mövcudluğu saytı hazırlayan proqramçıların və saytın yerləşdiyi serveri idarə edən inzibatçıların üzərinə düşür. Təcrübəmə əsasən deyə bilərəm ki, ölkəmizdə olan sayt hazırlayan studiyaların əksəriyyətində təəssüflər olsun ki, hələ də təhlükəsiz kodlaşdırma anlayışı kifayət qədər formalaşmayıb. Bu səbəbdən də saytların kod hissəsində olan təhlükəsizlik boşluqlarına server hissəsində olan boşluqlara nisbətən daha çox rast gəlinir".
Fərid Zeynalov onu da əlavə edib ki, saytların təhlükəsizliyinə onların yerləşdiyi infrastrukturda olan əlavə müdafiə vasitələrinin olub olmaması da böyük təsir göstərir: "Məsələn, əgər saytın yerləşdiyi infrastrukturda WAF (Web Application Firewall) və ya İPS (Intrusion Prevention System) kimi texniki komplekslərdən istifadə olunursa bunlar müəyyən qədər yuxarıda sadalanan səbəblərdən əmələ gələn boşluqların xakerlər tərəfindən istifadə olunmasının qarşısını ala bilərlər".
Zeynəb Əkbər
QARABAĞ bölməsindən digər xəbərlər
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD













