Yeni stol eyni zamanda bir neçə qadceti enerji ilə dolduracaq
İspaniyanın “Proton New Energy Future” startapı masa formasında hazırlanmış “Ebörd” qurğusunu təqdim edib. Onun səthinə bir neçə qadcetin eyni zamanda enerji ilə doldurulması üçün nəzərdə tutulmuş simsiz yükləmə qurğusu quraşdırılıb. “Ebörd” şəbəkəyə qoşulmasa da, Günəş enerjisi və hətta otaq işıqlandırılmasından “qidalana” bilir.
TED.az xəbər verir ki, “Ebörd” zahirən “Ikea” stilində müasir mebel kimi görünür. Lakin onun tünd rəngli şüşə səthinin altında müasir texnologiyalar gizlədilib. Adətən, inteqrasiya edilmiş simsiz yükləmə səthləri olan qarniturun predmetləri bilavasitə enerji yükləmə nöqtələrində olan bir və ya iki yükləmə yuvasına malikdir. “Ebörd” qurğusunda 50-dən çox belə yuva var ki, bu da istənilən yerdə eyni zamanda 4 qurğunu enerji ilə doldurmağa imkan verir.
“Ebörd” üçün “Qi” eneji ilə doldurulma platforması nəzərdə tutulub. Deməli, qurğudan son nəsil “iPhone” və “Samsung Galaxies”, “Google Pixel 3”, “Google Pixel 3 XL”, həmçinin “Sony”, “Nokia”, “LG” şirkətlərinin flaqman telefonları, “ağıllı” saatlar, planşetlər, qulaqlıqlar və digər qadcetlərin sahibləri istifadə edə bilərlər.
Masanın səthi günəş enerjisini toplaya və batareyada saxlaya bilən nazik pərdəli fotoelektrik panellə örtülüb. “Proton New Energy Future” mütəxəssisləri aşağı işıqlanma dərəcəsi şəraitində günəş modullarının məhsuldarlığını 60 faiz yüksəldən dəniz bakteriyalarının zülalı əsasında xüsusi membran hazırlayıblar.
“Ebörd”dən adi masa kimi də istifadə etmək olar. O, kifayət qədər möhkəm və sukeçirməzdir. “Indiegogo” platformasında “Ebörd” baza modelini 450 dollara, premium versiyasını isə 570 dollara sifariş etmək mümkündür. Qurğunun cari ilin noyabr ayında satışa çıxarılması nəzərdə tutulur.
Texnologiya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












