AZ

Opel yenilənmiş Opel Zafira Life modelini təqdim etdi

b1c79401154a7542ef35929f55c0be75.jpg
28.06.2019 12:08

Məşhur “Opel” markası rəsmi olaraq ictimaiyyətə yenilənmiş “Zafira Life” modelini təqdim etdi.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, alıcılara, eyni zamanda, genişləndirilmiş funksiyalı avtomobilin üç versiyası təklif olunacaq. Fərqlər özünü avtomobilin məhsuldarlığı və ölçüsündə büruzə verəcək. “Zafira Life”ın ən kompakt modeli 4,6 metr uzunluğundadır. Bundan başqa, oturacaqlar ilk dəfə olaraq keyfiyyətli dəridən təşkil olunub, dam isə panorama görünüşünə malikdir.

 

Markanın nümayəndələri, həmçinin, “IntelliGrip” dartma nəzarət sisteminin daha da yaxşılaşdırılmış variantını təqdim ediblər. Bundan əlavə, istehsalçılar, 2021-ci ilə qədər elektrik modifikasiyası təklif etmək niyyətindədirlər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox