Sosial şəbəkələr niyə asılılıq yaradır?
5 dəqiqədən artıq sosial şəbəkələrsiz qala bilmirsiniz? İnternet və ya sosial şəbəkəyə daxil ola bilmədikdə, əsəbi olursunuz? Deməli, “ bəxtiniz gətirib” siz internetdən asılılıq xəstəliyinə yoluxmusunuz...
Bəli, bəli yanlış oxumadınız – XƏSTƏLİK!
TED.az-ın məlumatına görə, dünyanın bir neçə ölkəsində internet asılılığı psixoloji xəstəlik kimi qeydə alınıb. Hətta, ABŞ universitetlərinin tədqiqatçıları “Addiction” jurnalında dərc etdikləri məqalədə internet asılılığını kimyəvi maddə asılılığı kimi qiymətləndirib.
Bu gün dünya əhalisinin 40%-i sosial şəbəkə istifadəçiləridir. Hər bir istifadəçi isə orta hesabla gün ərzində post və foto pylaşmağa, dostlarının paylaşımlarına münasibət bildirməyə 2 saat vaxtını sərf edir. Ancaq bu rəqəm göstəriciləri stabil deyil. Çünki sosial şəbəkələr sürətlə inkişaf edir və onun əhatə dairəsi daha da genişlənir. Hər gün məsafəsiz şəkildə, dostlarla ünsiyyət qurmaq, şəkil və video roliklər paylaşmaq gözəl hissdir. Lakin bu işlər həyatın əsas məşğuliyyətinə çevrildikdə həyacan təbili çalınmalıdır. Asılılıqdan əziyyət çəkənlər dərsdə, işdə, şəhərdə piyada və ya avtomobillə gəzərkən bir əlində telefon tutur və onu bir dəqiqə belə diqqətindən kənara qoymur. Əgər telefon, planşet evdə unudulsa, bir müddət işləməsə bu əsl dəhşətə çevrilir. Onlar özlərini dünyadan təcrid olunmuş, böyük bir boşluq içində hiss edirlər.
Mütəxəssislərin fikrincə, internet asılılığı iki əsas səbəbə görə yaranır:
- Birincisi, sosial şəbəkələrdə aktiv olan istifadəçinin beyni müsbət emosiyalarla zənginləşir. Qarşısına çıxan gülməli post, şəkil və videolar, həmçinin, öz postlarına gələn “like”ların artması buna səbəb olur. Sosial şəbəkə istifadəçisi özünü necə istəsə, realda olduğundan, tamamilə fərqli biri kimi tanıda bilir.
- İkincisi isə sosial şəbəkədə insan beyni qısa zamanda böyük informasiya alır. O, paralel olaraq, xəbərləri oxuya, dostları ilə fikirlərini bölüşə, musiqi dinləyə və sosial şəbəkələrdəki şəkilləri bəyənə bilər. Beyin belə bir prosesə sürətlə alışır. Bu prosesi isə mütəmadi olaraq, öz tələbatına çevirir. Gün ərzində alınan informasiyanı yadda saxlayıb “həzm” etmək diqqət və çoxlu zaman tələb edir.
Psixoloqlar bildirirlər ki, insanda asılılıq yaradan səbəblər, gördüyü işdən aldığı həzz olur. Beyin bu həzz hissinə alışır və mütəmadi olaraq, onu tələb edir. Bununla yanaşı, istənilən mənfi vərdişlər və asılılıqlar yaradan amillər əlçatan olanlardır. Sosial şəbəkələri də əlçatanlar növünə aid etmək olar. Sosial şəbəkə asılılığı bir sıra mənfi amillərə səbəb olur. Real həyata maraq azalır, diqqət zəifləyir, həssaslıq itir. Daimi şəkildə “Messenger”ə baxmaq, sosial şəbəkə lentini yoxlamaq insanları əsas iş prosesindən yayındırır.
Sosial şəbəkə asılılığından azad olmaq üçün, öncə onun varlığını etiraf etmək lazımdır. Əgər, bu asılılıqdan sərbəst şəkildə azad ola bilmirsinizsə, psixoloq və ya psixoterapevtə müraciət etməlisiniz.
TED + bölməsindən digər xəbərlər
ChatGPT üçün Növbəti Hədəf: NATO!
HONOR və ARRI Birləşir! Kameralar İrəliyə Sıçrayış Edir!
Speedtest və DownDetector Satışda! Böyük Təklif!
Samsung Galaxy S26 Kamerası Süni İntellektlə İnqilab Edir
Studio Display XDR Köhnə Mac-ları Məyus Edir
Huawei 5G ilə Agent İnternet Dövrünün Başlanğıcını Elan Edir
TECNO Modul Telefonunu Təqdim Edir
DJI Osmo Pocket 4-ün Yeni Xüsusiyyətləri Sızdırıldı
Oppo Find X9 Ultra-nın Kamerası Artıq Sensasiyaya Səbəb Olur!
Nintendo Switch Online-da Üç Əfsanəvi Klassik Gəlir!
iOS 26.3.1 Buraxıldı! Yeniliklər Budur!
Android 16 Əsaslı HyperOS 3.1 Yeniləməsi Hazırdır
Galaxy S27 Ultra Kamera Texnologiyasında İnqilaba Hazırlaşır
Xiaomi 18
HONOR MWC 2026-nı süni intellekt və qeyri-adi telefonla canlandırır
Əlvida ChatGPT: Kloda Bir Kliklə Pulsuz Transfer!
Fərdi Alış-veriş Dövrü Meta Süni İntellektlə Başlayır!
HONOR-un Robot Telefonu və Yeni Texnologiyaları ilə Təcrübə Etdik
Xbox Game Pass Mart Oyunları Elan Edildi!
Samsung Çəkdikcə Uzanan Bir Ekran Təqdim Edir!
ChatGPT üçün Təbii Dil Yeniləməsi Buraxıldı!
Apple Pro Display XDR Tarixdir!
Dünyada İlk: Honor Robot Telefonu Təqdim Edildi
S Pen istehsalı dayandırılacaqmı?
Tramp Anthropic-i Qadağan Edir!
TECNO, MWC 2026-da Lamborghini Telefonunu Təqdim Edir
Xiaomi Vision Gran Turismo MWC 2026-da Damğa Qaldırır
Yaş təsdiqi olmadan kompüterdən istifadə etmək olmaz!
MKİ Apple-a həyəcan verici xəbərdarlıq edir!
Həftənin ən çox oxunanları
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Anker MWC 2026-da Yeni Məhsullarını Təqdim Edir
Apple iOS 26.4 və iPadOS 26.4 Beta 3-ü Buraxdı
Yaş təsdiqi olmadan kompüterdən istifadə etmək olmaz!
Dünyada İlk: Honor Robot Telefonu Təqdim Edildi
Tramp Anthropic-i Qadağan Edir!
Xiaomi Vision Gran Turismo MWC 2026-da Damğa Qaldırır
TECNO, MWC 2026-da Lamborghini Telefonunu Təqdim Edir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



