AZ

Telefonlarınız üçün yeni əməliyyat sistemi: Android 10 Q-nü hansı smartfonlar dəstəkləyəcək?

453d33fbefd447a927244fa05b7ef475.jpg
02.07.2019 18:46

“Google” mobil cihazlar üçün dünyanın ən populyar əməliyyat sistemini yeniləyib. “Android 10” bir çox yeniliklərlə qarşımıza çıxacaq.

 

Xatırladaq ki, “Android Q Beta 1” versiyası mart ayının ortalarında, “Android Q Beta 2” isə apreldə təqdim olunub. Onlar hələ ki, ancaq “Pixel” smartfonlarının bütün nəsillərinin sahibləri üçün əlçatandırlar. Əməliyyat sisteminin ilkin versiyasından tam istifadə etmək mümkün deyil, lakin developers səhvləri tapmaqda kömək edəcək.

 

"10"un prezentasiyası və üçüncü Beta versiyanın təqdimatı “Google” tərəfindən 7 may 2019-cu ildə, I/O istehsalçılar üçün illik konfrans çərçivəsində keçirildi. Yeri gəlmişkən, “Q” hərfi altında hansı sirrlərin gizləndiyi hələ də məlum deyil. Görünür, “Android 10”un son versiyası hazır olduqda onun "şifrəsi açılacaq".

 

Android 10 (Q) necə olacaq?

 

Ekran qeydləri 

 

Nəhayət, “Google”a ekranda baş verənləri qeyd etmək funksiyası əlavə ediləcək.

 

Bəzi firma məhsullarında bu funksiya bir ildən artıqdır ki, mövcuddur və istifadəçilər tərəfindən fəal istifadə olunur. Təmiz “Android”də olan cihazların sahibləri isə başqa proqramlardan istifadə etməyə məcbur olaraq, reklamlardan "zövq alırdılar". İndi güc düyməsini basıb saxlayarkən, dörd variantda üzən menyu görünəcək: yenidən başlamaq (perezaqruska), söndürmə, ekran çəkilişi və təcili zəng.

 

5G  nativ dəstəyi

I/O 2019 istehsalçılar üçün konfransda “Google” yeni “Android” versiyasında “5G native” dəstəyi haqqında danışıb. 2019-cu ilin sonuna qədər 20-dən çox mobil operator bütün dünyada beşinci nəsil şəbəkəsini genişləndirəcək və bu işdə axtarış nəhəngi də iştirak edəcək.

 

Ekran kəsikləri və elastik ekranla adaptiv iş

“Pixel 1 XL” smartfonunda “Android Q Beta 1”ə giriş əldə edən entuziastlar skrinşot yaradan zaman, sistemin ekranın formasını və kəsiklərinin mövcudluğunu nəzərə aldığını aydınlaşdırıblar. Bəlkə də bu, kəsiklərin və yuvarlaq künclərin daha çox inteqrasiyasından xəbər verir və “Android” istifadəçiləri ayrı-ayrı tətbiqlərdə kəsilmiş interfeys elementlərini unudacaqlar.

 

Bundan əlavə, “Android Q” qatlanan smartfonları da dəstəkləyə biləcək. Bunun necə işləyəcəyi hələ məlum deyil, lakin istehsalçı üçün qatlanan smartfonların emulyatoru əlçatan olub. Bu funksiya açıq vəziyyətdə 7,3 düym, bağlı vəziyyətdə isə  4.6 düym diaqonallı virtual ekranı dəstəkləyir.

 

Live Captions

Yeni xüsusiyyət hər hansı bir audionu real vaxt rejimində mətnə çevirə bilir. Nəzəri olaraq, bu funksiya videonu səssiz izləməyə imkan verir ki, bu da eşitmə problemləri olan insanlar üçün faydalıdır. “Google”da qeyd edildiyi kimi, transkribasiya birbaşa cihazda baş verir və daimi internet bağlantısı olmadan işləyə bilər.

 

Jestlərlə təkmilləşdirilmiş idarə

“Android”də jestlərlə olan təcrübələr uzun müddət əvvəl başlayıb, lakin onları iOS-da tam idarə etmək rahatlığına hələ çox var. Məhz bu qüsur “Q”də aradan qaldırılmaq niyyətindədir. Belə ki, üçüncü Beta düymələrdən tamamilə azad şəkildə buraxılıb – sadəcə barmağı soldan sağa sürüşdürməklə menyu açılır, geri qayıtmaq üçün isə soldan sağa cüt sürüşmə etmək lazımdır. Çox güman ki, sistem məhz bu formada buraxılacaq.

 

Səsləndirmə və səs yüksəkliyinə nəzarət

“Android”in 10-cu versiyasında media səsləndirməsinə və səs yüksəkliyinə nəzarət edən məntiq yenidən dəyişiləcək. Status-barda göstərilən mini-player bütün media faylları ilə işləyir. Pleyer pəncərəsinin üstündə simsiz interfeys simvolları və xarici simsiz akustikaya səs çıxışı mövcuddur. Səs yüksəkliyinin tənzimləyicisi əhəmiyyətli dərəcədə dəyişib: standart menyudan istifadə edərək, hər bir səs mənbəyi üçün tez bir şəkildə tənzimlənmə edilə bilər.

 

Çat "qabarcıqları"

2019-cu ilin aprelində çıxan “Android Q Beta 2”də istifadəçilər yeni funksiya — “Bubbles” aşkar etdilər. “Google”ın “Message” proqramına gələn mesaj "qabarcıqları" ana ekranda açılır. Bəlkə də bu funksiya onuncu "yaşıl robot"da bütün messencerlərdə işləyəcək. Yeri gəlmişkən, puşlara verilən ağıllı cavablar da "qabarcıqlarla" əlaqəlidir. İstifadəçiyə gələn mesajlara cavab vermək üçün birbaşa bildiriş pəncərəsində müxtəlif variantlar təklif olunacaq.

 

3D üz tanıma

 

Android cihazlarının bir çox istehsalçıları üz tanıma texnologiyasını sınaqdan keçirirlər, lakin “Face ID”in tam analoqu hələ ki, görünməyib. Bütün bu çatışmazlıqları “Android”də olan 3D üz tanıma nativ dəstəyi aradan qaldırmalıdır. Bu texnologiyanı daha əlçatan edəcək.

 

 

Kamera

 

“Android Q”də smartfon kameraları tərəfindən portret rejimində formalaşan dərin xəritələr istifadə olunacaq. Bunun, foto redaktəni asanlaşdıracağı gözlənilir.

 

 

Qaranlıq mövzu

 

İOS-un 13-cü versiyasında olduğu kimi, “Android Q”in yeniliklərindən biri qaranlıq mövzu olacaq. OS “Google”ın 11 illik tarixində artıq qaranlıq dizayndan (Android 4.0-da) istifadə edilmişdi. İndi belə bir mövzu OLED ekranları olan cihazların enerji qənaətinə yönəldiləcək. Maraqlıdır ki, “PhoneArena” portalında həyata keçirilən test qaranlıq mövzunun tətbiqinin batareyaya 50%-ə qədər qənaət edə biləcəyini göstərib. Funksiya əllə və ya enerji istehlakı rejimini işə salaraq aktivləşdirilə bilər.

 

 

Sensorun söndürülməsi

 

2019-cu ilin yanvarında şəbəkəyə daxil olan “Android Q”də "təyyarədə" genişləndirilmiş rejim aşkar edilmişdi. “Sensor Privacy” cihazdakı bütün sensor və ötürücüləri aradan qaldırır. Bu xüsusiyyətin nə üçün lazım olduğu tam aydın deyil, bəlkə də gizliliyi təmin edəcək.

 

 

 

Fayl növlərinə görə filtrləmə

 

“Android”in daxili fayl meneceri, digər proqramlarından fərqli olaraq, məlumatların incə filtrasiya qabiliyyətindən məhrum edilmişdir. Beləliklə, faylları növlərinə görə ayırmaq mümkün deyildi. Bu imkan, “Android Q”nün "qutusunda" görünməlidir.

 

 

Gizlilik, yeniləmə və tətbiqi iş zaman məhdudiyyət

 

“Android”in onuncu versiyasında olan tənzimlənmələr menyusunda, məlumatların qorunması ilə bağlı bütün xüsusiyyətlərin daha asan tapılması üçün müvafiq bölmə görünür. “Android”in yeni versiyasında təhlükəsizlik yenilikləri, fonda və qadjeti söndürüb yandırmadan quraşdırılacaq. Həmçinin, “Android 10 Q” istifadəçini prokrastinasiyadan qoruyacaq yeni “Focus Mode” rejimi istifadəçini ən çox yayındıran tətbiqləri söndürməyə icazə verəcək. O özü elə proqramlar seçir ki, istifadəçinin işinə, təhsilinə və ya insanlarla ünsiyyətinə mane olmasın.

 

 

Android 10 Q-nü dəstəkləyən cihazlar

 

Əməliyyat sisteminə ilk dəstəyi “Google Pixel” seriyası alacaq. 2019-cu ilin yayından etibarən isə tədricən digər smartfonlar və tabletlərin yenilənməsi gedəcək. “Android 10”un üçüncü beta versiyasını 21 smartfon modelinin sahibləri test edə biləcəklər:

 

 

Pixel və Pixel XL

Pixel 2 və Pixel 2 XL

Pixel 3 / 3A Pixel 3 XL / 3a XL

ASUS ZenFone 5Z
Essential PH-1
Nokia 8.1
Huawei Mate 20 Pro
LG G8 ThinQ
OnePlus 6/6T

OPPO Reno
Realme 3 Pro
Sony Xperia XZ3
Tecno Spark 3 Pro
Vivo X27
Vivo NEX S
Vivo NEX A
Xiaomi Mi Mix 3 5G
Xiaomi Mi 9

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox