Rusiyalı dizaynerdən maraqlı təklif – Yeni nəsil sürücüsüz yük maşınları istehsal olunacaq
Yükləmə sahəsində çalışanlar işlərini itirə bilərlər, çünki yaxın gələcəkdə robotlar və avtomatik idarə olunan yük avtomobilləri onları əvəz edəcək. ABŞ şirkətləri daha əvvəl yükləmə sahəsində çalışan işçiləri əvəzləyəcək robotlar istehsal etmişdilər. Məlumdur ki, yükləyici robotlar dünyada atıq çox istifadə olunur. “Volvo” şirkəti də bu tip yük avtomobillərinin istehsalı ilə məşğul olmağa başlayıb. “Volvo”nun pilotsuz yük maşınları artıq ilk sifarişlərini qəbul edib.
Rusiya bütün sahələrdə olduğu kimi bu sahədə də Qərb ölkələri ilə yarışmaq niyyətindədir.
TED.az xəbər verir ki, Rusiyalı dizayner Artemiy Lebedev sürücüyə ehtiyacı olmayan avtomobilin necə hazırlanacağı ilə bağlı planını təqdim edib.
Artemiy Lebedev “Gazprom”, “Yandex”, “Microsoft” kimi şirkətlərlə əməkdaşlıq edir. 2010-cu ildə Lebedevin studiyası, yük maşınlarının arxasında böyük monitor qurma fikrini irəli sürdüyü üçün “Reddot Design Award”a (Reddot Dizayn Mükafatı) layiq görülmüşdü. Yük maşınının arxa hissəsinə quraşdırılmış monitorlar onun ardınca hərəkət edən avtomobilin sürücüsünə yolun ön hissəsinə nəzarət etməyə imkan verir.
Artemiy Lebedev hazırda üzərində çalışdığı yük maşınına “Qruzovikus” adını qoyub. İxtiraçı dizayner onu gələcəyin transportu kimi təsvir edir.
Artemiy Lebedevin “Qruzovikus”u adi bir yük maşını kimi arxasında ağır qoşquları çəkə bilir, amma sürücü oturacağı yoxdur. Bunun əvəzinə, avtomobilin ön tərəfində hava axınını iki hissəyə ayıran aerodinamik bir ekran var. Bundan əlavə, yük maşının ön hissəsi ağır olduğuna görə yolda o daha sabit hərəkət edir. Çox güman ki, onun içində xüsusi batareyalar və kompüter yerləşdiriləcək. “Qruzovikus” kameralar və sensoların vasitəsilə yolları izləyə biləcək və malları doğru yerə çatdıracaq. Dizaynerlərin fikrincə, o fasiləsiz işləyə biləcəyinə görə nəqliyyatın dəyərini azaldacaq. Batareyanı bir dəfə doldurmaqla bu yük maşınının qət etdiyi ümumi məsafə 200 kilometri aşa bilər. Lakin “Tesla” yük maşınında bu rəqəm 800 km-ə bərabərdir.
Texnologiya bölməsindən digər xəbərlər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Azərbaycan şərabçılığının uğuru: Chabiant Bayan Shira Decanter World Wine Awards 2026 müsabiqəsində medal qazandı
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Elektrikli avtomobillərdə yeni dövr: 30 il ömürlü natrium-ion batareyalar təqdim edildi
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



