AZ

Dünyanın ən güclü ordularının siyahısında Azərbaycan Qafqaz regionu üzrə liderdir

 

46ebda18b831aa7b96d1073c60fc658a.jpg
24.02.2021 10:32

"Global Firepower" nəşri dünyanın ən güclü ordularının siyahısını açıqlayıb. Siyahı hazırlanarkən, tədqiqatçılar 50-dən çox faktoru nəzərə alıblar. 

 

TED.az xəbər verir ki, 1-ci yerin sahibi ABŞ ordusu olub.

 

Birləşmiş Ştatlar artıq bir neçə ildir ki, siyahıya liderlik edir. Bunun əsas səbəbi kimi böyük hərbi büdcə, çox sayda insan resursu olan qoşun və əhəmiyyətli ehtiyat hissələri təminatıdır. Bundan əlavə, ABŞ hərbi aviasiya sahəsində liderdir və ən çox əməliyyat təyyarə gəmisinə sahibdir. 

 

Reytinqini 2-si Rusiya olub. Rusiya Hərbi Hava Qüvvələrini və Hərbi Dəniz Donanmasını fəal şəkildə modernləşdirir. İndi Rusiya yeni nəsil strateji raket və qanadlı raket sualtı qayıqlarına sahibdir.

 

Rusiya zirehli maşınlar xaricində bütün quru silahlarında ABŞ-ı üstələyir. 

 

3-cü yerdə Çin qərarlaşıb. Çin ikinci ən böyük hərbi büdcəyə və ən böyük hərbi ehtiyata sahibdir. Sözügedən ölkə qısa müddətdə ordu sahəsində müsbət inkişafa nail olub. 

 

4-cü yeri Hindistan tutur. Hindistanın xidmətə yararlı olan nəhəng işçi qüvvəsi və böyük ordu təminatı var. Eyni zamanda, Hindistan geniş tank filosuna və təsir edici sahil müdafiə gücünə malikdir. 

 

Nəhayət, 5-ci yer Yaponiyaya məxsusdur. Bu ölkə zəngindir, nisbətən böyük müdafiə büdcəsinə və yaxşı infrastruktura malikdir.

 

Qeyd edək ki, Pakistan siyahıda 10-cu, Türkiyə isə 11-ci yerdə qərarlaşıb.

 

Azərbaycan ümumi reytinqdə 64-cü yerdədir. Lakin Qafqaz ölkələri arasında lider seçilib. Gürcüstan ən güclü ordu reytinqində 92, Ermənistan isə 100-cü seçilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox