AZ

Gmail-ə yeni gizlilik funksiyası əlavə edildi

 

5b2461946bc81dafcb34ce56be293ba6.jpg
24.02.2021 10:47

Google şirkəti Gmail-ə "Tətbiq Gizliliği" etiketini artırıb və YouTube-dan kənarda gizlilik məlumatlarını əldə edən ilk tətbiq olub.

 

TED.az xəbər verir ki, Gmail-ə əlavə edilmiş "Tətbiqin məxfiliyi" məlumatı hələlik yalnız serverdədir. Son yeniləməni iki ay əvvəl çıxaran Google-un yeni əlavə olunan etiketi nə vaxt aktivləşdiriləcəyi bəlli deyil.

 

Xatırladaq ki, "Tətbiq Gizliliği" etiketlərini hələ Apple dekabrdan bəri aktivləşdirsə də, Google bu xüsusiyyəti dəstəkləməkdə ləngiyib. Şirkət o vaxtdan bəri YouTube və digər bəzi kiçik tətbiqlərə "Tətbiq Gizliliği" etiketlərini əlavə edir. Gmail, Google Search, Google Photos və Google Maps kimi böyük App-lər isə bundan kənarda qalıb.

 

Qeyd edək ki, Gmail-in məxfilik məlumatlarında Google-un siyahı yeri, istifadəçi identifikatoru və məlumatlarını üçüncü tərəflə paylaşılmayacağı yazılıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox