AZ

Microsoft xəbər agentliklərinə pul qazanmağa kömək edəcək

 

977a3ea38967a1f53dbcd8852763f784.jpg
24.02.2021 11:26

Microsoft şirkəti Google və Feysbuk kimi texnoloji nəhənglərinə təzyiq göstərmək üçün Avropa xəbər agentlikləri və naşirləri ilə əməkdaşlıq edir. Söhbət xəbər məzmunu üçün ödəmə sisteminin yaradılması və tətbiqindən gedir. 

 

TED.az xəbər verir ki, ötən həftə Feysbuk yerli xəbər agentliklərinə komissiya ödəmək əvəzinə Avstraliyadakı platformasında xəbər mesajlarının nümayişinin qarşısını aldı.

 

Həm platforma istifadəçiləri, həm də Avstraliya naşirlər Amerika korporasiyasının bu qərarına çox mənfi reaksiya göstərdilər. 

 

Qeyd edək ki, kütləvi narazılıqdan sonra sonra Feysbukun Avstraliyada xəbər məzmununa qoyulan məhdudiyyətləri ləğv edəcəyi bildirilmişdi.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox