AZ

İnstaqramda ən çox istifadə olunan smaylik gülən emojidir

 

8fdd990d05153b5279f14fe21ef8c8e3.jpeg
24.02.2021 13:24

İnstaqram sosial şəbəkəsində ən çox istifadə olunan smaylik gülən emojidir. 

 

TED.az xəbər verir ki, bu haqda Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunda Techno MBA (Marketing) üzrə təhsil alan Səyyarə Hüseynova Təhsil Nazirliyinin media iştirakçıları üçün keçirdiyi təlimdə öz təqdimatında məlumat verib.

 

O bildirib ki, İnstaqramda gündəlik 500 milyon aktiv istifadəçi var: "İnstaqram izləyicisi Feysbuk izləyicisindən 58 qat daha çox aktivdir. İstifadəçilərin 60%-i hər gün İnstaqrama daxil olur. İnstaqram istifadəçilərinin 69%-i 35 yaşından aşağıdır. Sözügedən şəbəkə istifadəçiləri hər gün 4 milyarddan çox mesaj bəyənir. İstifadəçilər orta hesabla 100 milyondan çox şəkil yükləyirlər. 38% istifadəçi gün ərzində bir neçə dəfə şəbəkəyə daxil olur".

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox