AZ

Telegram artıq istənilən söhbətdəki mesajları avtomatik olaraq silə bilər

 

c0a2ad401186b01fc48ce5cb52e31ea4.jpg
24.02.2021 16:33

Telegram tətbiqinə yeni xüsusiyyət əlavə edilib. Artıq istənilən söhbətdəki mesajları avtomatik olaraq silmək mümkün olacaq.

 

TED.az xəbər verir ki, mesencerdəki yeniliklər şirkətin rəsmi bloqunda bildirilib. 

 

Yeniləmə sayəsində istifadəçilər göndərdikdən bir gün və ya yeddi gün sonra bütün söhbət iştirakçıları üçün mesajların avtomatik silinməsini tənzimləyə bilərlər.

 

"Qruplar və kanallar üçün bunlardakı mesajları avtomatik olaraq silə bilərsiniz, ancaq bunu yalnız administratorlar edə bilər", - deyə qeyd olunur.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox