Apple son 6 ildə 100-dən çox şirkəti satın alıb
Tim Kukun rəhbəri olduğu Apple şirkətinin son 6 ildə təxminən 100 şirkəti satın aldığını açıqlayıb.
TED.az xəbər verir ki, bunu Tim Kuk Apple-ın illik səhmdarları toplantısında şirkətin maliyyə quruluşu barədə məlumatları paylaşarkən deyib.
Bildirib ki, bu, Apple-ın son 6 ildə 3-4 həftədən bir hansısa şirkəti alması deməkdir. Məlumata görə, Apple-ın son 10 ildə ən böyük satınalması 3 milyard dollar qarşılığında şirkətlə qulaqlıq istehsalçısı Beats Electronics arasında reallaşıb.
Həmçinin Brand Finance-ın "Dünyanın Ən Qiymətli 500 Markası-Qlobal 500-2021" araşdırmasına görə, Apple 263.4 milyard dollarla dünyanın ən qiymətli markası elan edilib.
Keçən il, 140,5 milyard dollarla 3-cü olan Apple, Covid-19 pandemiyasından sonra marka dəyərini 87% artırmağı bacarıb.