AZ

Azərbaycanda ilk dəfə Mastercard ilə NFC ödənişlər etmək mümkün oldu

 

60d8d471b8435300db672d4b8660e272.png
25.02.2021 10:38

Kapital Bank-ın BirBank mobil tətbiqində NFC texnologiyasına əsaslanan rahat və sürətli təmassız ödəniş xidməti müştərilərin istifadəsinə verilib. Bu funksiya vasitəsilə istifadəçilər alış-veriş zamanı və ya hər hansı bir xidmətdən istifadə edərkən ödənişi POS-terminallarda öz smartfonları vasitəsilə həyata keçirə bilirlər. Azərbaycanda ilk dəfə olaraq bu xidmət artıq Mastercard vasitəsilə də mümkün oldu. Android istifadəçiləri cəmi bir dəfə BirBank mobil əlavəsində NFC ödənişləri üçün Kapital Bank-ın istənilən Mastercard ödəniş kartını əlavə etməklə ödənişi həyata keçirmək üçün sadəcə telefonu POS-terminala yaxınlaşdırmalıdırlar. 

 

TED.az xəbər verir ki, bu xidmət Kapital Bank-ın istənilən növ Mastercard kartlar üzrə mövcuddur və ən yaxın gələcəkdə Maestro tipli kartları üzərində də mümkün olacaq.

 

Qeyd edək ki, BirBank tətbiqini 2 milyon nəfərdən artıq istifadəçi App Store və Play Store-dan yükləyib.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox