AZ

Google şirkəti Play Music-dən bütün məlumatları sildi

 

6625f0665a791e50bb0da8ebe390fcc6.jpg
25.02.2021 11:24

Google şirkəti tərəfindən Play Music musiqi xidmətinin bütün istifadəçilərinə dair məlumatlar silinib. Şirkət nümayəndələri ötən gün istifadəçilərə məlumatlarını YouTube Music-ə köçürmək üçün xəbərdarlıq ediblər. Çünki məlumatları silindikdən sonra köçürüləcək heç bir informasiya qalmayıb. Google-ın musiqi xidmətindəki yüklənmiş mahnılar, satınalmalar, yaradılan çalğı siyahıları, saxlanan kitabxanalar və istifadəçi kitabxanasındakı mahnılarla, hətta "Bəyən" işarəsi ilə bağlı bütün informasiyalar 2011-ci ildən bəri toplanır.

 

TED.az xəbər verir ki, istifadəçi dünən YouTube Music tətbiqindəki alətdən istifadə edərək bütün məlumatları ötürə bilər və ya Google Takeout xidmətindən istifadə edərək məlumatların bir nüsxəsini yükləyə bilərdi. 

 

İxrac zamanı istifadəçinin bütün yüklənmiş və alınmış mahnıları, yaradılan çalğı siyahıları və digər ödəniş məlumatları köçürülüb. Bu gündən etibarən YouTube Music platforması, şirkətin son vaxtlar getdikcə daha çox məşğul olduğu yeganə Google axın xidməti olacaq. Göründüyü kimi, şirkət bu bazarın əsas oyunçuları ilə rəqabət aparmaq istəyir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox