AZ

Turistlər üçün əlavə olaraq 120 avtonəqliyyat vasitəsi ayrılacaq

e8f102c311b0c75c1928d8cdd9f22891.jpeg
19.07.2019 15:10

21-27 iyul 2019-cu il tarixlərində Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində ölkəmizə gələcək turistlərin daşınması üçün təşkilat komitəsilə bağlanan müqavilə əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında ”Bakı Taksi Xidməti” MMC tərəfindən avtonəqliyyat vasitələri və sürücülər ayrılıb.

 

“Turistlərin daşınması üçün “Bakı Taksi Xidməti” MMC tərəfindən 120 avtonəqliyyat vasitəsi və 276 sürücü ayrılıb” – TED.az xəbər verir ki, bu sözləri “Bakı Taksi Xidməti" MMC-nin direktoru Fuad Əliyev ATV kanalına müsahibəsində qeyd edib.

 

Fuad Əliyev onu da bildirib ki, hava limanı önünə dislokasiya edilən “London TX-4” taksilərinin sayı artırılaraq turistlərin otellərə daşınması üçün tam hazır vəziyyətə gətirilib: ““Bakı Taksi Xidməti” MMC tərəfindən Əməliyyat Komitəsinin heyətinə dəstək üçün 40 dispetçer ayrılıb. Qeyd edək ki, ölkəmizin ev sahibliyi edəcəyi bu mötəbər yarışda iştirak edəcək 240 nəfər xüsusi heyətə məhz "Bakı Taksi Xidməti" MMC-nin London TX-4 taksiləri ilə xidmət göstəriləcək”.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox