AZ

Məişətdə tez-tez istifadə etdiyimiz batareya və akkumulyatorlar niyə sağlamlıq üçün təhlükəlidir? – ARAŞDIRMA

7645e14d7f16c78218b5550677a23658.jpg
19.07.2019 16:06

Biz elə bir dünyada yaşayırıq ki, bütün istifadə etdiyimiz noutbuk, uşaq oyuncaqları, avtomobil, mobil telefonlarda batareya və akkumulyatorlardan istifadə olunur. Lakin bunlardan yanlış istifadə edildikdə, onun tullantısının, sağlamlığa və ətraf mühitə potensial təhlükə törədə biləcəyini də unutmaq olmaz. Xüsusən, qurğuşunlu və zədələnmiş  batareyalar çox ziyanlıdır.

 

Qurğuşun zəhərli metaldır və onunla təmasdan sonra əllə ağıza toxunduqda və ya nəfəs alarkən orqanizmə daxil ola bilər. Qurğuşunun hissəcikləri torpağa düşdükdə oranı çirkləndirir və quruduqdan sonra havaya qarışır. Bu, uşaqlar üçün daha təhlükəlidir. Onların orqanizmi inkişafda olduğundan beyni, böyrəkləri zədələyə bilər, eşitməni əngəlləyər və davranışa mənfi təsir edə bilər.

 

Qurğuşun ana bətnində olan uşaqlar üçün də çox təhlükəlidir

 

Bu maddə böyüklərdə yaddaşın itməsinə və diqqət dağınıqlığına, reproduktiv sistemin pozulmasına səbəb ola bilər. Həmçinin qurğuşun yüksək qan təzyiqi, nevroloji pozğunluq, əzələ və oynaq ağrıları da yaradır, gözə düşdükdə isə bu korluqla nəticələnir. Tədqiqatçılar belə hesab edirlər ki,  Bethoven qurğuşundan zəhərlənib ölüb.

 

Sulfit turşusu dəriyə düşdükdə 10-15 dəq ərzində bol su ilə yumaq lazımdır, paltar zədələndikdə isə onu tez çıxarmaq və dərini təmizləmək məsləhət görülür.

 

Bir çox ölkələrdə bu batareyaların utilizasiyası qadağan olunub. Təbiətdə rast gəlinən yumşaq, ağımtıl metal böyrəkləri zədələyə bilər. Xarab olmuş batareyadan axan kadmiy dəriyə hopa bilər.

 

Hidrid-metal-nikel batareyalar nisbətən az zəhərli hesab olunur. O, bitkilər üçün ziyanlı olsa da insan üçün təhlükəli hesab olunmur.

 

Qurğuşun turşulu akkumulyatorların yenidən doldurulması zamanı rəngsiz, zəhərli, tezalışan, lax yumurta iyi verən qaz əmələ gəlir. Bu da orqanizm üçün təhlükəli hesab olunur.

 

Havadan ağır olduğuna görə qaz çətin havalandırılan yerlərdə yığılır. Hidrogen–sulfidin təhlükəsi ondadır ki, qazı əvvəlcə hiss etmək mümkündür, sonra iybilmə qabiliyyəti itir və daha heç nə duymaq mümkün olmur.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox