AZ

APM elektromobili nümayiş etdirilib – VİDEO

1d691959abf428fd950a1acaa443b475.jpg
19.07.2019 17:04

O, “Toyota mütəxəssisləri tərəfindən 2020-ci il Olimpiadası üçün xüsusi olaraq hazırlanıb

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, “Toyota Motor” şirkəti 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarında istifadə üçün xüsusi olaraq yaradılan nəqliyyat vasitəsinin - APM (Accessible People Mover) elektromobilinin hazırlandığını elan edib.

 

İstehsalçıların sözlərinə görə, APM yaşlı insanlar, əlillər, hamilə qadınlar, kiçik uşaqları olan ailələr və s. daxil olmaqla, məhdud mobilliyə malik idmançıların və xidmət göstərən personalın, eləcə də ziyarətçilərin daşınmasına kömək edəcək. Ümumilikdə, təxminən, 200 maşının istehsalı planlaşdırılır.

 

APM-də maksimum beş sərnişin və sürücü yerləşir. Bunun üçün APM salonunda skamyalar şəklində iki sərnişin oturacağı var. Onlardan birini qatlayaraq, əlil arabası üçün yer boşaltmaq olar. Giriş və çıxış hər iki tərəfdən mümkündür. Müxtəlif növ yardım məqsədi ilə xərəklər üçün də yer açıla bilər. Yardımla məşğul olan əməkdaşlar bilavasitə xərəklərin yanında otura bilərlər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox