AZ

EKSPERT: Sosial şəbəkələrdə anonim hesablardan edilən təhqir və böhtanlara görə cinayət məsuliyyəti mövcuddur

ec1dba221c5b624cf2b3f0ce36e7ad80.jpg
19.07.2019 18:37

Dünyada təxminən 3 milyardan çox insan sosial şəbəkələrdən istifadə edir. Virtual kimliklər çoxaldıqca insanlar bu platformalarda özlərini sərbəst hiss etməyə başladılar. Zaman keçdikcə bəziləri sosial şəbəkələrin özlərinə aid olan hissəsini öz virtual evi kimi görməyə başladılar. Və bundan sonra...

 

Təbii ki, cəmiyyətdə fərqli xarakterlər mövcud olduğu kimi sosial şəbəkələrdə də müxtəlif yanaşmalı, dünyagörüşlü insanlar var. Onların davranışları cəmiyyətdəki kimi burada da fərqlidir. Bəziləri məsələləri müzakirə yolu ilə danışaraq həll etmək istərkən, bəziləri küçədə, evdə olduğu kimi problemləri söyüşlə, hədə-qorxu ilə həll etmək istəyirlər.

 

Belə olan halda sual oluna bilər, sosial şəbəkələrdə biz məsuliyyət daşımırıqmı?

 

Məsələ ilə bağlı TED.az-a açıqlama verən media eksperti, hüquqşünas Ələsgər Əhmədoğlu bildirdi ki, sosial şəbəkədə anonim təhqir və böhtanlar cinayət məcəlləsinin 148-1 maddəsi ilə məsuliyyət yaradır: “Sosial şəbəkələrdə yalan və təhqir məlumatların yayılması mediada olduğu kimi hüquqi statusa malikdir. Anonim olan və olmayan, yalan məlumat və təhqirlər yayan şəxslər məsuliyyətə cəlb olunur. 2017-ci ildən etibarən sosial şəbəkələrdə anonim hesablardan edilən təhqir və böhtanlara görə cinayət məsuliyyəti qanunvericiliyə gətirilib. Bunun digər diffamasiya iddialarından fərqi ondadır ki, diffamasiyada şəxs özü xüsusi ittiham qaydasında bunu mübahisələndirir. Amma sosial mediada yalan məlumat və təhqirlər yayan anonim hesabdan olduğu zaman artıq şəxsin mübahisələndirilməsinə ehtiyac yoxdur, prokurorluq özü bir başa istintaq hərakatı aparıb cinayət işi aça bilir”.

 

 

Hər kəs bu cəzanın predmeti ola bilər: “Sosial şəbəkə kütləvi informasiya vasitəsi hesab olunur və istənilən fərdin paylaşımları da faktiki olaraq KİV-də yayılmış hesab olunur”.

 

Ekspertin də dediyi kimi kimliyinizin virtual olması heç də sizi məsuliyyətdən azad etmir. Deyə bilərsiniz ki, “bunu bilmirdim” – Əlbəttə, bu mümkündür, lakin qanunu bilməmək qanunun məsuliyyətindən azad olmaq demək deyil.

 

Fidan ƏSƏD

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox