AZ

Qualcomm 242 milyon avro cərimə edildi

00a2f6d6e03d943d7f1a4991add7580f.jpg
20.07.2019 09:02

Avropa Komissiyası belə qənaətə gəlib ki, şirkət bazarda dominant mövqedən sui-istifadə edib

 

Avropa Komissiyası, 3G çipset bazarında dominant mövqedən sui-istifadə etdiyi üçün “Qualcomm” şirkətini 242 milyon avro məbləğində cərimə edib. İstintaqın nəticəsi olaraq müəyyən edilib ki, istehsalçı bu məhsulu “Icera” şirkətinin simasında rəqib bazarında həyatda qalmaq üçün maya dəyərindən aşağı qiymətlərlə satıb. Bu cür davranış Avropa qanunlarını pozur.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, təsvir edilən təcrübə, “Qualcomm”un “Nvidia” (Icera) modem biznesi ilə rəqabət aparmaq məcburiyyətində olduğu 2009-cu ildən 2011-ci ilə qədər baş verib. Komissiya, o zamanda bazarın 60%-ni işğal edən “Qualcomm”un, rəqabəti aradan qaldırmaq üçün UMTS həllərini “Huawei” və “ZTE” şirkətlərinə daha aşağı qiymətə təklif etdiyi qərarına gəlib. Strategiya müvəffəqiyyət qazanmışdı: “Qualcomm” bazarın lideri kimi mövqeyini gücləndirməyə müvəffəq olmuş və “Nvidia” 2015-də “Icera” şirkətinin fəaliyyətini dayandırdığını elan etmişdi.

 

Qeyd edək ki, cərimənin miqdarı “Qualcomm”un 2018-ci ildəki dövriyyəsinin 1,27 faizi kimi müəyyən edilib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox