AZ

Oppo-dan Barselona azarkeşləri üçün sürpriz – Yeni smartfon təqdim olundu – VİDEO

d6696c74b53dd18b291ab7ef4d444161.jpg
20.07.2019 09:16

“Oppo” "Barselona" azarkeşləri üçün smartfon təqdim edib. Smartfon 700 dollar dəyərində qiymətləndirilir və dizaynı ilə fərqlənir. "Barselona"nın pərəstişkarları onu iyulun 26-dan əldə edə biləcəklər.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, yeni smartfonun korpusunda futbol klubunun ənənəvi rənglərindən istifadə edilib, həmçinin burada azarkeşlərin qışqırıq səsləri, klubun himni ilə xüsusi interfeys təqdim olunacaq.

 

Azarkeşlərin qışqırıq səsləri, klubun himni, hətta zəngə də quraşdırıla bilər. Xatırladaq ki, smartfon “Snapdragon 855”in ən yaxşı prosessoruna, onqat “Hibrid zoom”a malikdir və o, 8/256 GB versiyasında satışa çıxarılacaq.  

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox