AZ

Rəqəmsal Hökümət təşviqat proqramının ikinci mərhələsi başa çatıb

3ae3f14da139925d34fa03a1ef2ab39e.jpg
20.07.2019 10:09

Elektron Hökumətin İnkişafı Mərkəzi və “ASAN Könüllülük” Məktəbinin birgə təşəbüsü ilə reallaşdırılan “Rəqəmsal Hökumət” təşviqat proqramının ikinci mərhələsi yekunlaşıb.

 

TED.az xəbər verir ki, Proqram çərçivəsində 35 könüllü tərəfindən iki ay ərzində Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərində vətəndaşlardan elektron sorğular götürülüb. Sorğular əsasında vətəndaşlar ölkəmizdə göstərilən elektron xidmətlərin keyfiyyətinə münasibət bildirib, elektron xidmətlərdən istifadə zamanı qarşılaşdıqları çətinlikləri qeyd ediblər. 

 

 

Bundan əlavə, “Təcili rəqəmsal yardım” devizi altında vətəndaşlara yaxınlaşan könüllülər, həmçinin elektron dövlət xidmətləri, elektron ödənişlər haqqında onlara məlumat veriblər.

 

“Rəqəmsal Hökumət” təşviqat proqramının məqsədi vətəndaşları elektron xidmətlər haqqında məlumatlandırmaq, ən çox hansı elektron xidmətlərdən istifadə etdiklərini, eləcə də elektron xidmətlər haqqında haradan məlumat əldə etdiklərini müəyyən etmək, bu xidmətlərdən istifadə ilə bağlı onlara dəstək olmaqdır.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox