AZ

Yaxın gələcəkdə populyarlaşaraq həyatımızı dəyişəcək 5 yeni texnologiya

f821e14cd1a5f15f336ec4317984fd79.jpg
20.07.2019 10:24

Texnologiya sürətlə inkişaf edir. Süni intellekt bu inkişafı daha da sürətləndirir.

 

TED.az sizə yaxın gələcəkdə populyarlaşaraq həyatımızı dəyişəcək 5 yeni texnologiyanı təqdim edir:

 

 

1. “Ağıllı” eynəklər

 

Hazırda bu eynəklər kamera, rəqəmsal ekranla təchiz edilib. Səs köməkçisi dəstəyinə sahib olan bəzi eynəklərlə xəritə üzərindən naviqasiya proqramını istifadə etmək də mümkündür. Bundan əlavə, ağıllı eynəkdə fotoşəkil çəkmə, film izləmə və musiqi dinləmə imkanı da var. 2014-cü ildən bu cür eynəklərin istehsalına başlanılsa da, baha olduğu üçün hələ də hamı onu əldə edə bilmir. “Ağıllı” eynək istəyirsinizsə, 1500 dollarınızdan keçməli olacaqsınız.

 

 

2. Kontaktların avtomatlaşdırılması

 

Telefon əlaqənizdə kimlər var və kimlərin olmasını istərdiniz? Belə ki, “RelateIQ” şirkəti mövcud kontaktlar siyahısı, poçt qutusu, mesajlar arasında əlaqə yaradacaq texnologiya üzərində işləyir. Nəticədə siz, sadəcə, lazım olan şəxsin adını çəkməklə, həmin şəxs haqqında bütün məlumatları əldə edə biləcəksiz.

 

 

3. “Ağıllı” ev

 

Sadəcə, təsəvvür edin: yorğun işdən gəlirsiniz, izləyə bilmədiyiniz futbol və serialı televizorunuz artıq qeydə alıb, telefonla işə salınaraq yeməyiniz sobada qızdırılıb, soyuducunuz bitən ərzaqlar haqqında sizə məlumat verir, çayınızı evə daxil olmadan isidirsiniz.

 

 

4. Holoqrafik şəkillər

 

Yadınızdadır, “Star Wars”da holoqrafik şəkillər var idi? İndi onlar da realdır! Holoqrafik proyeksiyalar yalnız oyunlar və media üçün deyil. Həmçinin görmə qabiliyyəti zəif insanlar üçün faydalı texnologiyadır.

 

 

5. “5G”

 

İnternet trafikinin artan həcmi mobil şəbəkələrin inkişaf tempini də zəruri edir. Messencerlər, video zənglər, 4K video xidmətləri yeni məlumat ötürmə texnologiyalarının yaranmasını tələb edir. Beləliklə, yaxın gələcəkdə “5G” texnologiyasının daha da inkişaf etdirilməsi qaçılmaz olacaq.

 

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox