AZ

Azərbaycanda ilk rəqəmsal animasiya klipi nümayiş etdirilib - VİDEO

fa0de2db8e254c1708f08cfe16181ea7.jpg
20.07.2019 11:01

Rabitəbank, alternativ və keyfiyyətli musiqinin inkişafına dəstək verən “CırtdanPro” ilə Jay Meel-in ifasında səsləndirilən “Aramızda var rabitə” musiqisini və ölkədə ilk dəfə çəkilmiş rəqəmsal animasiya klipini geniş auditoriyanın diqqətinə təqdim edib. 

 

TED.az xəbər verir ki, klipin təqdimatının ardınca, yerli media nümayəndələri tərəfindən layihə ilə bağlı fikirlər səsləndirilmiş və RabitabankBotun imtiyazlarına dair məlumat əldə etmişdirlər.

 

Mətbuat konfransında Mədəniyyət Nazirliyi, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri, mədəniyyət xadimləri, media nümayəndələri və “CırtdanPro”nun gənc istedadları iştirak edirdilər.

 

Qeyd edək ki, ölkənin ilk maliyyə botu olan RabitabankBot öz müştərilərinə kommunal və mobil operator ödənişləri, cərimə ödənişləri, pul göndərmə, pul istəmə, hesabı bölmə (split bill), cash by code, plastik kart sifarişi, kredit sifarişi, kredit ödəmə və messencer vasitəsilə ödəmə kimi əməliyyatları ilə xidmət göstərir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox