AZ

Redmi Pro Powerbank akkumulyatorları 10 000 və 20 000 mAs tutumuna malik olacaq

f346cd0ab72df62b925a1e5390a181e2.jpg
20.07.2019 12:54

“Redmi” portativ batareyaları buraxacaq, “Xiaomi” isə növbəti qulaqlıqları hazırlayır

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, KİV-i mütəmadi olaraq insayder məlumatları ilə təmin edən internet şəbəkə informatoru İshan Agarval “Xiaomi” və “Redmi”nin yaxın gələcəkdəki yenilikləri barədə məlumat verib.

 

 

Birincisi, şirkət növbəti “Xiaomi Mi Noise Cancelling Bluetooth Headset” simsiz qulaqlıqlarını təqdim edəcək, adından göründüyü kimi, onlar səs-küyün azaldılması funksiyası ilə fərqlənəcəklər.

 

İkincisi, “Redmi” brendi istehsal olunan məhsulların keyfiyyətini artırmağa davam edəcək və “Redmi Pro Powerbank” portativ akkumulyatorları həcmi 10 000 və 20 000 mAs ilə təqdim olunacaq.

 

Bu cihazlar tezliklə Çində təqdim edilərək, əvvəlcə orda satışa çıxarılacaq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox