AZ

Sony 5K ekranına malik smartfon üzərində işləyir

c9e48dc70d408cad50e52c6541e13bbc.png
20.07.2019 13:02

İnternet şəbəkə istifadəçilərinə Yaponiyanın “Sony” brendinin gələcək smartfonu barədə məlumatlar verilib. Söhbət J8220 kod işarəsi altında təklif olunan cihazdan gedir.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, bir sıra mütəxəssislər yeni smartfonun bazarda “Xperia 1R” adı ilə təklif olunacağını təxmin edirlər. Cihazın əsas üstünlüyü onun 5K yüksək göstəricilərlə təkmilləşdirilmiş ekrana malik olacağı ehtimalıdır. Lakin istehsalçı hələ cihazın detalları barədə ictimaiyyətə açıqlama vermir.

 

Bundan əlavə, mütəxəssislər hələ də cihazın ölçüləri haqqında məlumatlara malik deyillər, lakin modelin kifayət qədər böyük olacağı ehtimalı var. Satışa çıxma tarixi isə açıqlanmır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox