AZ

Azərbaycanın startap sahəsində Cənubi Koreya ilə əməkdaşlıq imkanları müzakirə olunub

dda058d95590c9002b97dfee2c4cc14a.png
20.07.2019 14:36

Cənubi Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində olub.

 

Agentlikdən TED.az verilən məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov səfirlə görüşüb və diqqətə çatdırıb ki, Azərbaycan bu sahə üzrə beynəlxalq, o cümlədən Cənubi Koreya təcrübəsini yaxından öyrənir.

 

Eyni zamanda görüşdə Cənubi Koreyanın Kiçik və Orta Sahibkarlar və Startaplar Agentliyi (KOSME) ilə əməkdaşlığın genişləndirilməsi, KOB inkişaf fondları sahəsində təcrübə mübadiləsi, KOB-lara müxtəlif dəstək mexanizmlərinin göstərilməsi, dövlət-özəl tərəfdaşlığı platformasına dair fikir mübadiləsi aparılıb.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox