AZ

Azercell bəzi tarif paketlərində dəyişiklik edəcək

e9acec4300528a492ae1ca7f5df467cd.jpg
20.07.2019 14:39

“Azercell Telekom” MMC bu ilin may ayından etibarən fakturalı xətt sisteminə aid nömrələr üçün yeni “Sərbəst 15”, “Sərbəst 25”, “Sərbəst 50” və “Sərbəst 75” tarif paketlərini istifadəyə verib.

 

TED.az xəbər verir ki, bu barədə şirkətin abunəçilərinə müraciətində bildirilir.

 

Müraciətdə, həmçinin deyilir ki, yeni tarif paketlərinin aktuallığı nəzərə alınaraq avqustun 19-dan etibarən fakturalı xətt sisteminə aid nömrələr üçün “Hədsiz”, “Hədsiz Zəng” və “Hədsiz İnternet” tarif paketlərinə qoşulma dayandırılacaq. Qeyd olunan tarixə kimi qoşulan abunəçilərə standart qaydalara əsasən, tarifdən ümumi əsaslarla istifadəyə davam etmək imkanı təmin olunacaq.

 

Bundan başqa, avqustun 19-dan etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün mövcud olan 25, 50 və 100 manat nominallı danışıq (ödəmə) kartlarından istifadə müddəti 360 gündən 180 günə endiriləcək. 

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox