AZ

Şifrələnmiş zənglər, gizli danışıqlar və onlara qarşı dinləmə cihazları – Kriptoqrafik telefonlar

077c56dabc9e60522db6c3a9ce00d3de.jpg
20.07.2019 15:07

Kriptoqrafiya nədir?

 

Kriptoqrafik sözünün mənası latın dilində “gizli” və alman dilində “yazmaq” sözlərinin birləşməsindən yaranan “gizli yazılış” deməkdir. “Kriptoqrafiya”  informasiyaların kodlanması elmidir. Bu elmin əsas predmeti informasiya təhlükəsizliyi, informasiya sistemlərinin konsepsiyası, ifadəsi və quraşdırılmasıdır. Burada hədəf, informasiyanın icazəsiz oxunmasının və manipulyasiyanın qarşısını almaqdır.

 

 

Bəs kriptoqrafik telefon nədir?


Kriptoqrafik telefonlar şifrəli kommunikasiyaya imkan verən proqram təminatı ilə dəstəklənən cib telefonlarıdır. Şifrələnmiş telefonlar səslənmənin və elektron müşahidənin qarşısını almaq üçün nəzərdə tutulur.

 

Kriptoqrafik telefonlar səs dalğalarını alarkən və ya ötürərkən fərqli bir şifrə ilə frekans göndərir. Digər kriptoqrafik telefon bu şifrələri qəbul etdikdən sonra  düzgün frekanslar istifadəçilərə təqdim olunur. Bu proses audio dalğalarının şifrələnmiş şəkildə ötürülməsini təmin edir.

 

Kriptoqrafik telefonlar siqnalları şifrələmək üçün müxtəlif alqoritmlərdən istifadə etdiyinə görə çox vaxt bu şifrələri açmaq mümkün olmur. Buna görə mobil telefonlardakı söhbətləri dinləmək istəyənlər mənasız səs dalğaları eşidirlər.

 

 

Kriptoqrafik telefonlar dinlənə bilərmi?


Bütün parametrlər yalnız bir dəfə istifadə edilir və yaddaşdan silinir, buna görə də şifrəni açmağın bir yolu yoxdur. Ancaq texnologiya sayəsində şifrəni bir-bir yığmaqla nəticə əldə oluna bilər.

 

 

Kimlər kriptoqrafik telefondan istifadə edir 

 

Kriptoqrafik telefonlar dinləməyi imkansız hala gətirdiyi üçün daha çox dövlət işində işləyən məmurlar tərəfindən istifadə olunur, lakin hər kəs kriptoqrafik telefon almaq hüququna malikdir.

 

 

Bəs kriptoqrafik telefonlar neçəyədir?

 

Adi kriptoqrafik telefonların qiyməti təxmini 500 – 1000 AZN arasında dəyişir. Təbii ki, şifrələnmənin mükəmməlliyindən aslı olaraq qiymət dəyişə bilər.

 

Fidan ƏSƏD

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox