AZ

“WhatsApp”dan istifadə məhdudlaşdırılacaq

6eb24a756764ea60323419ab876774d7.jpg
19.04.2021 12:51

Mayın 15-dək yeni “WhatsApp” qaydalarını qəbul etməyən istifadəçilərin bir qismi messencerdən məhdud rejimdə istifadə edə biləcək. Bu barədə messencerin saytında deyilir.

 

TED.az xəbər verir ki, məlumata görə, istifadəçilərin dəyişikliklərlə rahat tempdə tanış olması məqsədilə kifayət qədər vaxtın olması üçün onların qəbuledilmə müddəti mayın 15-dək uzadılıb. Qeyd olunan müddətədək qaydaları qəbul etməyən istifadəçilərin “WhatsApp” hesabı ləğv olunmayacaq, lakin onun funksionallığı dəyişikliklər qəbul edilənədək məhdudlaşdırılacaq.

 

Yeni qaydalardan imtina edən istifadəçilər bildirişləri oxumaq və göndərmək imkanından məhrum olacaqlar – onlar yalnız zəng və bildirişləri qəbul edə biləcəklər. Abunəçilərə ya yeni qaydaları qəbul etmək, ya da yazışmalar tarixçəsini köçürmək və hesabı silmək təklif olunur.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox