AZ

Cənubi Koreyada Texnologiyanın Transferi və Kommersiyalaşdırılması mövzusunda seminar keçirilir

44de9d4e683b0a35e0682b29a6817593.jpg
08.08.2019 09:49

İnnovasiyalar Agentliyinin əməkdaşı Bəhruz Babayev KOICA-nın CIAT proqramı ilə Koreyada “Texnologiya Parklarının Planlaşdırma və İnkişafı Siyasəti: Texnologiyanın Transferi və Kommersiyalaşdırılması” mövzusunda keçirilən təlim proqramında iştirak edir.

 

 

TED.az xəbər verir ki, 24 iyul - 15 avqust 2019-cu il tarixlərində CIAT təqaüdü çərçivəsində KOIKA tərəfindən dəstəklənən Cənubi Koreya Respublikasının Elm və Texnologiya Siyasəti İnstitutu tərəfindən keçirilən təlim proqramında 6 ölkədən müxtəlif əlaqəli dövlət qurumlarını təmsil edən nümayəndələr iştirak edir.

 

 

Proqram zamanı Bəhruz Babayev texnologiya transferi, Cənubi Koreya texnologiya parklarının strategiya və fəaliyyəti, texnologiyanın kommersiyalaşdırılması, marketinqi və qiymətləndirilməsi, startaplara dəstək proqramlarının menecmenti, intellektual əmlakın menecmenti və digər əlaqəli mövzular üzrə praktiki dərslərdə iştirak edəcək. Eyni zamanda, proqram çərçivəsində “LG” və “Samsung” kimi böyük şirkətlərə, habelə aparıcı Cənubi Koreya texnologiya parklarına səfərlər təşkil ediləcək, əməkdaşlıq müzakirə olunacaq.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox