Qardaş, boya dəyən yeri yoxdu – Bəs, görəsən bu avtomobilin VİN kodu nə deyir?
Bəzən maşın satıcılarının “Qardaş, boya dəyən yeri yoxdu” dedikləri avtomobillərin buqələmun kimi dəfələrlə rənginin dəyişdirilmiş olduğuna şahid oluruq. Nə deyək, onlar da çörəklərini maşınlardan çox, yalanlardan qazanırlar. Amma ötən əsrin texnologiyası bu yalanların qarşında heç də aciz deyil.
TED.az məlumat verir ki, avtomobilinizin VİN kodu vasitəsilə texniki göstəricilərini və keçmişini öyrənə bilərsiniz.
ABŞ və Kanadada 1977-ci ildə qəbul olunmuş İSO 3779 standartı, VİN nömrəsinin (Vehicle İdentification Number) formatını təsvir edir. Buna avtomobilin identifikasiya nömrəsi də deyilir. Bu nömrələr 17 simvoldan ibarətdirlər. “İ”, “O” və “Q” yazılışlarına görə 1 və 0 rəqəmlərinə bənzədikləri üçün istisnalıq etməklə digər bütün rəqəm və hərflərdən istifadə olunur. Oğurlanma prosesinin qarşısını almaq üçün VİN kod daxilində nəzarət nişanəsi var, buna görə də əgər VİN oğurlanıbsa müəyyən etmək bir o qədər asan olmur. İstehsalçılar VİN-i avtomobilin üzərində müxtəlif yerlərə yerləşdirirlər. Aşağıda VİN kodun nümunəsi və tapa biləcəyiniz yerlər göstərilib.
VİN kodun nümunəsi : 2T1BURHE3GC733922
Avtomobilin VİN koduna baxmaq üçün bir sıra saytlar mövcuddur. Hazırda ən çox istifadə olunan saytlardan biri “Carfaxdır”. “İnstavin”, “Autodna” kimi saytlar da geniş istifadə olunur. Bu saytlar vasitəsilə avtomobillərin qəza tarixçələri, yürüşü, “suda batması” və qaçırılmaları haqqında məlumatı, satış tarixi, texniki xüsusiyyətləri haqqında, eləcə də 60-dan artıq digər yoxlamaları öyrənmək mümkündür.
Bu sahədə ixtisaslaşmış yeganə milli saytımız “vini.az”dır
Saytda ABŞ-dan gələn avtomobili almazdan öncə vin-kodu yoxlamaqla, satıcının sizə nə satmaq istədiyini daha yaxşı başa düşə bilərsiniz, çünki Bakı avtomobil bazarında ABŞ-dan gələn vurulmuş və problemli maşınları “ideal vəziyyətdə olan avtomobil” kimi təqdim edən çox sayda satıcının olması sirr deyil.
Bu, əlbəttə ki, sizi dələduzlardan 100% müdafiə etməyəcək, lakin maşın alan zaman sizə müəyyən əminlik yaratmağa və qarşısınızda hansı avtomobilin durduğunu dəqiq bilməyə kömək edəcək.
Tural QARA
TED + bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












