AZ

BANM tələbələri Azərbaycanı beynəlxalq startap müsabiqəsində təmsil edəcəklər

b11259b9e5c1fdfb085d251bd9117ac9.jpg
08.08.2019 12:48

DÜNYA FİNALINDA İLK 10 YERİ TUTAN STARTAP LAYİHƏLƏRİ KİÇİK İDEYALARIN BÖYÜK BİZNESLƏRƏ ÇEVRİLDİYİ 18 AYLIQ “CLİMATE-KIC ACCELERATOR” PROQRAMINA QƏBUL OLUNACAQ

 

 

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Azərbaycanı dünyanın ən böyük “Yaşıl Texnologiya” biznes-ideya müsabiqəsi olan "ClimateLaunchpad-2019"un beynəlxalq finalında təmsil edəcəklər.

 

BANM-dan TED.az-a bildirilib ki, ali məktəbin “Climasel” komandası milli finalda qalib gələrək Niderland Krallığının paytaxtı Amsterdam şəhərində noyabrda keçiriləcək qobal finalda iştirak hüququ qazanıb.

 

“Climasel” ölkəni beynəlxalq layihədə təmsil edəcək 2 yerli startap layihəsindən biridir.

 

 

Layihə evlərdə, ofis və restoranlarda temperaturu stabil saxlamağa yönəlmiş materialın istehsalını nəzərdə tutur.

 

Sosial İnnovasiya Laboratoriyasının dəstəyi ilə Azərbaycanda startap ekosistemini təkmilləşdirmək məqsədilə həyata keçirilən "ClimateLaunchpad" müsabiqəsi ətraf mühitin qorunması və inkişafı ideyasına xidmət edir. Müsabiqədə iştirak edən komandalar ideyalarını məhsula çevirmək, həmin məhsulu kommersiyalaşdırmaq, qlobal bazara çıxarmaq yollarını araşdırır və vacib biznes biliklərini layihələri üzərində tətbiq edir.

 

Avropa Birliyinin maliyyə vəsaiti ilə Avropa Birliyi İnnovasiya və Texnologiya İnstitutu tərəfindən təşkil edilən ənənəvi yarışmada bu il dünyanın 50-dən çox ölkəsi iştirak edəcək.

 

Dünya finalında hər iştirakçı ölkədən seçilmiş komandaların Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimatı olacaq.

 

Böyük finalın qalibi 10 000 avro, ikinci yerin sahibi 5 000 avro, üçüncü yer tutan komanda isə 2 500 avro pul mükafatı qazanacaq.

 

Eyni zamanda, dünya finalında ilk 10 yeri tutan startap layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq “Climate-KIC Accelerator” proqramına qəbul olunacaq. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə 95 000 avro maliyyə dəstəyi verilir.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox