AZ

Apple ağıllı saatlar bazarında böyük fərqlə liderdi - VİDEO

bf2931bb89dd65464606b5a335801b2b.jpg
09.08.2019 09:32

2019-cu ilin ikinci rübü ərzində dünya bazarında ağıllı saatların satışına dair hesabat məlumatları açıqlanıb.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, "Apple" “ağıllı" saatlar bazarında böyük fərqlə lider olaraq qalır və hesabat dövründə 5,7 mln. cihazı reallaşdırıb, halbuki ötən ilin analoji dövrü ərzində satış həcmi 3,8 mln. ədəd təşkil edib.

 

Bu seqmentdə ikinci yerdə iki dəfə artan satış miqdarı ilə - 2 milyondan artıq “ağıllı” saatla “Samsung”dur.

 

Üçüncü nəticə “Fitbit” şirkəti tərəfindən göstərilib - onun satışı azalıb və 1,2 milyon saat təşkil edib. Qeyd edək ki, bu üç istehsalçı bazar payının 72,1%-ni zəbt edib.

 

Ümumilikdə, ikinci rübdə "ağıllı" saatlar bazarı 55,4% artaraq 12,3 mln. reallaşdırılmış qurğuya yüksəlib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox