AZ

Azərbaycanlı startapçı Gulf Capital SME Awards 2019-un finalına vəsiqə qazandı

09.08.2019 12:23 116

“Buglance”nin təsisçisi və baş direktoru Toğrul Səməd “Gulf Capital SME Awards 2019”un ilin startap biznesi nominasiyası üzrə finala vəsiqə qazanıb. TED.az  xəbər verir ki, sözügedən mükafatın sayca 7-ci dövrəsinə iddia edən 300-dən artıq kiçik və orta sahibkarlıq nümayəndəsi arasından 86 şirkət 16 nominasiyada yekun siyahıya salınıb.

 

86 şirkətin hər biri final mərhələsində dünya və regionun ən uğurlu müəssisələrini, aidiyyəti hökumət idarələrini, nüfuzlu şəxsləri təmsil edən 30-dan artıq müstəqil münsifin qarşısına çıxacaq.

 

 

Həmçinin  mükafat “Grant Tornton” konsaltinq şirkəti tərəfindən də müstəqil audit yoxlamasından keçib. MEED tərəfindən 2012-ci ildə yarandığı vaxt “Gulf Capital” ilə müştərək qaydada təsis edilən mükafatın məqsədi Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) kiçik və orta sahibkarlarını, biznes rəhbərlərini innovasiyalar, yüksəliş, uğurlar istiqamətində təşviq etməkdir.

 

“Komandanın təkmilləşmək əzmi görünür, bəhrəsini verib. Regionda ən mötəbər işgüzar təhlillər təqdim edən MEED tərəfindən belə yüksək etimad bizi çox sevindirir, innovasiyalar istiqamətindəki fəaliyyəti davam edərək bazarı “partlatmaq” üçün daha böyük stimul verir”, - deyə Toğrul Səməd “Report”a müsahibəsində bildirib.

 

 

Qeyd edək ki, 16 nominasiya üzrə qaliblər sentyabrın 15-də “Ritz Carlton DİFC”da keçiriləcək təntənəli mərasimdə açıqlanacaq.

 

Onu da əlavə edək  ki, “Buglance” ilin əvvəlində "Techstars" tərəfindən dünya üzrə 1000-dən çox startap arasında Top-10-a düşərək akselerasiya mərkəzinə qəbul olub və 120 000 dollar investisiya alıb. Bu günə qədər isə 605 000 dollar yatırım cəlb edib

Startaplar bölməsindən digər xəbərlər

Daha çox