AZ

DİQQƏT: Ferring və Enel proqramlarına qeydiyyat açıq elan edilir

3018738bc5d24297176af1efa0b0ebff.png
09.08.2019 15:10

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi “Generation S” və "INNOLAND"in tərəfdaşı “SUP” Startup Akseleratorunun birgə əməkdaşlığı çərçivəsində “Ferring” və “Enel” proqramlarına qeydiyyatı açıq elan edir.

 

TED.az xəbər verir ki, bununla əlaqədar İsveçrənin biofarmaseptik şirkəti “Ferring Pharmaceuticals”, reproduktiv tibbdə startapların cəlb edilməsinə yönəlmiş proqrama start verib. Ən yaxşı komandalar “Ferring”in laboratoriyalarına giriş və layihənin inkişafı üçün qrant qazanmaq şansı əldə edəcəklər.

 

Daha ətraflı məlumtı bu LİNKƏ daxil olaraq əldə edə bilərsiniz.

 

Qeyd edək ki, “Enel” beynəlxalq enerji şirkətidir və dünyanın inteqrasiya olunmuş aparıcı elektrik və qaz operatorlarından biridir. Ən yaxşı komandalar “Enel” qrupu ilə ödənişli sınaq, mentorluq dəstəyi, məhsulu “Enel'in idarə heyətinə təqdim etmək şansını qazanacaqlar. Bu haqqda daha ətraflı məlumatı LİNK vasitəsilə əldə edə bilərsiniz.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox