Tarix İnstitutunun saytının E-kitablar bölməsi zənginləşdirilir
İNSTİTUT SOSİAL ŞƏBƏKƏLƏRDƏ AKTİVDİR, MÜƏSSİSƏNİN FEYSBUK SƏHİFƏSİ VƏ “YOUTUBE” KANALI MÖVCUDDUR
“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Arxivi və Kitabxanasının elektron oxu zalı fəaliyyət göstərir. Elektron oxu zalı AMEA-da gedən islahatlar fonunda yaradılıb. Tarix İnstitutunun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir”. - bunu TED.az-ın sorğusuna cavabında Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilov bildirib.
N.Xəlilov qeyd edib ki, son illərdə Tarix İnstitutunda arxiv sənədləri və kitabların elektron kataloqu hazırlanıb: “Bu elm müəssisəsinə Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər şəhərlərdən 100 mindən çox arxiv sənədi gətirilib. İnstitutun Elmi Arxivi və Kitabxanasında 170 min arxiv sənədi, 17 min kitab, “Azərbaycan” qəzetinin elektron və çap variantı, elmi jurnallar, dissertasiya işləri, avtoreferatlar, xəritələr və s. var”.
İnstitutun sözçüsü bildirib ki, kitabxanadakı 17 min kitabdan 10 mini ərəb dilində olan elektron kitablardır: “Bunların sırasında müasir ərəb və Misir tarixçilərinin kitabları, “Müasir islam tarixində Osmanlı dövləti”, “Osmanlı dövləti necə süqut etdi”, “Təbəri tarixindən seçmələr”, “İraq mədəniyyəti”, “Ərəb ədəbiyyatı tarixi” və digər kitablar var”.
N.Xəlilovun sözlərinə görə, Tarix İnstitutunun arxivində Azərbaycanın görkəmli tarixçilərinin fondları da var: “İnstitutda “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində arxiv sənədləri çoxcildli toplular şəklində hazırlanaraq tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edilir”.
“Tarix İnstitutu Rusiyanın “Sovremennaya nauçnaya mısl” və “Voprosı İstorii”, Türkiyənin “Akademik Tarix və Düşüncə” jurnalları ilə əməkdaşlıq edir. Yaxınlarda institutun “Azərbaycan tarixşünaslığı” adlı beynəlxalq jurnalı çap olunacaq. Bu jurnalların elektron versiyası elmi müəssisənin saytında yerləşdiriləcək. Saytımızda institutun “Elmi Əsərləri” adlı jurnalının cildlərinin pdf versiyası var. 2018-ci ildə institutumuzun saytı (tarixinstitutu.az) yenilənib və 3 dildə fəaliyyət göstərir. Saytın ana səhifəsi “İnstitut haqqında”, “Xəbərlər”, “Tarixçilər”, “Dövlətçilik tarixi”, “E-kitablar”, “Xəritələr”, “Qalereya”, “Əməkdaşlıq” və “Əlaqə” bölmələrindən ibarətdir. “E-kitablar” bölməsində oxuculara institutun nəşrləri təqdim olunur. Bu bölmədə institutun 150 nəşrinin pdf versiyası var. Hazırda “E-kitablar” bölməsi zənginləşdirilir”, - deyə institutun mətbuat katibi qeyd edib.
N.Xəlilov əlavə edib ki, institut sosial şəbəkələrdə aktivdir, müəssisənin Feysbuk səhifəsi və Yutub kanalı mövcuddur.
Ceyhun ABASOV
e-Azərbaycan bölməsindən digər xəbərlər
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Azərbaycan şərabçılığının uğuru: Chabiant Bayan Shira Decanter World Wine Awards 2026 müsabiqəsində medal qazandı
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Elektrikli avtomobillərdə yeni dövr: 30 il ömürlü natrium-ion batareyalar təqdim edildi
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




