AZ

Kamran Əsədov: I ixtisas qrupuna informatika fənni əlavə olunmalıdır

88240d65e68cda339a9eceffb5c5e768.png
10.08.2019 10:30

“Növbəti tədris ilində I ixtisas qrupu üzrə qəbul imtahanlarına informatika fəninin əlavə olunması zəruridir”. 

 

TED.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. 


“Bu ixtisas qrupu üzrə Kompüter mühəndisliyi, Kompüter elmləri, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, Proseslərin avtomatlaşdırılması, Sistem mühəndisliyi, İnformatika müəllimliyi kimi bir çox ixtisaslar var”, - deyə K.Əsədov bildirib.
 

Ekspert əlavə edib ki, informatika fənninin əhəmiyyətini nəzərə alaraq bu dəyişikliyi etmək lazımdır.

 

Qeyd edək ki, 2019/2020-ci tədris ili üçün I ixtisas qrupunda ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları üzrə ən yüksək keçid balları informatika ilə bağlı ixtisaslarda qeydə alınıb.

 

Ceyhun ABASOV

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox