AZ

Nokia 105 düyməli telefonu (2019) təqdim olundu - VİDEO

6faf2565d7c1b77fabfc18f06af666a2.jpg
10.08.2019 10:50

Qiyməti 13 avrodur

 

“HMD Global”  bu günlərdə satışa çıxarılan yeni “Nokia 105” (2019) düyməli telefonunu hələ iyul ayının sonunda anons etmişdi.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, “Nokia 105”, 160x120 piksel göstəricili 1,77 düym diaqonallı ekran, “Nokia Series 30+” proqram platforması, 4 MB RAM və bir o qədər flash yaddaş, FM Radio, Fənər, iki SIM kart yuvası, 3,5 mm konnektor, həmçinin 800 ma•saat üçün akkumulyatora malikdir. Bu, 14 saata qədər söhbət etməyə və enerjini 25 günə qədər gözləmə rejimində saxlamağa imkan verəcək.

 

 

Yenilənmiş “Nokia 105”, 13 avro qiyməti ilə mavi, qara və çəhrayı rənglərdə təqdim olunur.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox